5 İyun 2020 12:25
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda oğurluq avtomobillə yol qəzası törədilib.

Teleqraf.com xəbər verir ki, iyunun 1-də saat 14 radələrində Yevlax rayonunun Havarlı kəndi ərazisində bir nəfərin Mingəçevir şəhər sakini K.Atayevin “VAZ-2106” markalı avtomobilini qaçırmağa cəhd göstərməsi, idarə edərkən onu hasara vurması və avtomobildən düşərək qaçması barədə Yevlax rayon polis şöbəsində məlumat daxil olub.

Yevlax rayon polis şöbəsi və Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmağa cəhd göstərmiş Mingəçevir şəhər sakini E.Rüstəmov müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Mingəçevir şəhəri ərazisindəki 2 evdən və 1 avtomobildən velosiped, pul, ətir və eynək oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov