Bakının Xətai rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Naximov küçəsində üç nəfər naməılum şəxs Bakı şəhər sakini C.Təhməzovun qarşısını kəsib.
Onlar C.Təhməzovun baş nahiyəsinə yumruqla vuraraq içərisində 640 manat pul, 380 manat dəyərində qulaqcıq, adaptor və geyim əşyaları olan çantasını alıaraq qaçıblar.
Zərərçəkmiş baş verən hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə müraciət edib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - paytaxt sakinləri V.Xəlilov, O.İsmayılov və Ə.Abdullayev müəyyən ediliblər. Onlar polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.