3 İyul 2020 09:31
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda güclü yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Palçıqoba kəndində ümumi sahəsi 550 m² olan birmərtəbəli orta məktəb binasının dam örtüyünün taxta atmaları 330 m² sahədə və bir otağının yanar konstruksiyaları 47 m² sahədə yanıb.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com