4 İyul 12:57
737

Hacıqabul rayonunda dəhşətli qəza baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Qubalı kəndi ərazisində Əmir Həşimov idarə etdiyi “UAZ-469” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu S.Həşimov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hacıqabul rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov