8 Oktyabr 2014 19:33
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya baş nazirinin ticarət üzrə səfiri Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə iki ölkələr arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilərək, bu əlaqələrin daha da genişləndirilməsi üçün potensialın mövcud olduğu vurğulanıb.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında qonaqlara məlumat verib.

Böyük Britaniya nümayəndə heyəti tərəfindən Azərbaycanın əldə etdiyi nailiyyətlərin heyranlıq doğurduğu qeyd olunaraq, Azərbaycanın gələcək inkişaf ilə bağlı aydın baxış və strateji xəttə malik olduğu bildirilib.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, o cümlədən, Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi xüsusilə vurğulanıb.

Görüş zamanı regional və qlobal proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər