15 İyul 2020 16:54
1 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suraxanı rayonunda qətl hadisəsi törədən şəxs tutulub.

Bu barədə Teleqraf.com-a Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, iyulun 2-də saat 23 radələrində paytaxtın Suraxanı rayon sakini 1979-cu il təvəllüdlü Mail Mustafayevin öldürülməsi ilə əlaqədar Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Aslan Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuş və Suraxanı rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkən tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Mail Mustafayev kriminal aləmdə "Hövsanlı Mayıl", "Mayıl Naxçıvanski" kimi tanınıb. O, dünən qətlə yetirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər