20 İyul 2020 12:27
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunda silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, iyulun 18-də Saatlının Kamallı kəndində yaşayan əvvəllər məhkum olunmuş R.Qənbərovun həyətdə ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşin (qırma) anası Tavuz Fərman qızına dəyməsi və onun aldığı xəsarətdən hadisə yerində ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

R.Qənbərov saxlanılıb, ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü maddəsi (Ehtiyatsızlıqdan adam öldürmə) ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər