28 İyul 2020 08:05
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yer kürəsinə diametri 85-190 metrə qədər olan asteroid yaxınlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata görə, “2009 PQ1” adı almış asteroid avqustun 5-də Yer kürəsinə maksimal məsafədə yaxınlaşacaq. O, planetimizin yanından 3,2 milyon kilometr məsafədə, 13,4 km/s sürətlə keçəcək.

Asteroid 14 avqust 2009-cu ildə kəşf edilib. Astronomlar onu Apollona - orbitləri Yer kürəsinin orbiti ilə kəsişən asteroidlərə aid edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər