8 Avqust 2020 22:57
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində yanğın qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Mingəçevirdə ümumi sahəsi 250 m² olan bir dam altında tikilən 3 ailənin yaşadığı birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, içərisində 1 ədəd paltar dolabı və tavan 5 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com