20 Avqust 2020 10:42
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Binəqədi rayonunda rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan idman zalı aşkarlanıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Mircəlal küçəsində yerləşən idman-məşq zalında 9 nəfər müəyyən olunub.

Sanitar-epidemioloji normaları pozan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər