Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Yolçubəyli kəndində Güldərən Mehrəliyeva yaşadığı evin həyətində su nasosunu qoşmaq istəyərkən sürüşərək nasosa gələn elektrik naqilinin üzərinə yıxılıb.
Hadisə nəticəsində qadını cərəyan vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.