Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Maştağa qəsəbəsində yaşayan H.Əhmədovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu və 1 kiloqram 10 qram marixuana aşkar edilib.
Bundan başqa, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Aşumov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 11 kiloqram 800 qram marixuana aşkar edilib.
Hər iki faktla bağlı cinayət işi başlanıb.