15 Oktyabr 2014 15:17
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azadlıq Partiyasının sədri Əhməd Oruc Müsavat Partiyasının Gənclər Təşkilatının sabiq sədri Əhliman Abbaslıya və VHP Ali Məclisinin sədri Rafiq Manaflıya cavab verib.

Qeyd edək ki, Rafiq Manaflı bir neçə dəfə Əhməd Orucu tənqid edib. Barəsində səsləndirilən tənqidi fikirlərə sosial şəbəkələrdə münasibətini açıqlayan Əhməd Oruc özünə qarşı deyilənlərə ironik cavab verib: “Müsavatın istefa verən Gənclər Komitəsinin sədri Əhliman Abbaslı məni hakimiyyətin oyuncağı adlandırıb. “Yeni Musavat” və “Azadlıq” qəzetləri də cavab haqqımızı tanımadan, münasibət sormadan bu fikirləri tirajlayıb”.

Partiya sədri vurğulayıb ki, nə özü, nə də ailə üzvləri büdcə təşkilatında işləmir, öz halal əməyi ilə dolanırlar: “Hakimiyyət təmsilçisi hesab edilə biləcək hansısa insanla illərdir, heç uzaqdan da olsa qarşılaşmamışam. İndiyə qədər partiya fəaliyyətinə xərclədiyim az-çox maliyyə, partiya rəhbərliyinin, dostlarımın, ailə üzvlərimin və şəxsən özümün qazandığım pullar olub. Nə hakimiyyətdən, nə də hansısa ölkədən, fonddan nə qrant, nə yardım, ya da başqa nəsə almamışam. Alanlara da yazığım gəlib. Həmişə fikirləşmişəm ki, bu bədbəxtlərin günahı nə qədər böyükdür ki, Allah bunlara bir cür olmaq, başqa cür görünmək kimi bir cəza kəsib.

Əhliman bəy yəqin ki, məni şəxsən tanımır. Mənim hakimiyyətlə bağlılığım barədə heç bir, hətta yalançı informasiyaya da malik ola bilməz.

Qubad İbadoğluna, özünüzün daxilinizdə nə azarınız, nə dərdiniz var, özünüz bilərsiniz, 3-5 manata yanınızda saxladıqlarınızın ipini çəkin.

Bir müddət əvvəl məni oxşar ittihamlarla hətta hakimiyyətə yaxınlığı şübhə doğurmayan Rafiq Manaflı adlı birisi də ittiham etmişdi, dözdüm, dedim bəlkə böyüyünün xəbəri yoxdu. Bu ittihamlar bir də təkrarlandı. Sən demə, bu cür adamlar Milli Şurada təmsil olunur.”

Cavidan


Müəllif:

Oxşar xəbərlər