18 Noyabr 2020 14:57
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxmış rayonun Qızılhacılı qəsəbə sakini, 1950-ci il təvəllüdlü Maarif Əliyev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan bildirilib.

Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər