Gəncə şəhərində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də şəhər ərazisindəki evlərin birindən 100 manat və 900 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini T.Heydərova saxlanılıb.