26 Yanvar 2021 00:37
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonu XIrdalan şəhərində baş vermiş partlayış zamanı dağılmış evlərin altında qalan şəxslərin xilasetmə işləri davam etdirilir.

Teleqraf.com-un məlumatına görə, dağıntılar altından bir nəfərin cansız bədəni çıxarılıb.

Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızının olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyi də xilasetmə əməliyyatı ilə bağlı son məlumatı yayıb. Məlumatda bildirilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

"Həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində bundan əvvəl dağıntı altından 6 nəfər vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək", - deyə FHN-in məlumatında qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər