8 Fevral 2021 11:51
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda oğurluq avtomobillə qəza törədilib.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə fevralın 2-də saat 21 radələrində Müşfiqabad qəsəbəsindəki avtomobil yuma məntəqələrinin birindən qəsəbə sakini F.Aslanlıya məxsus “BMW” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Araşdırmalarla həmin avtomobilin qəsəbə ərazisində idarə edilərkən “Opel” və “VAZ-2109” markalı avtomobillərlə toqquşması da müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən bir yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov