Ermənistan ərazisində yenidən 3,3 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan fövqəladə hallar nazirliyinin regional seysmik mühafizə xidmətinin seysmoloji mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, 15 fevral, yerli vaxtla saat 22:27-də Şorza kəndindən beş kilometr şimal-şərqdə (İrəvanın 110 kilometr şərqində - Red) zəlzələ baş verib.
Zəlzələnin dərinliyi 10 kilometr olub, episentrdəki yeraltı təkanların gücü 4-5 bala çatıb.
Yeraltı təkanlar Sevan, Abovyan, Dilican və İcəvan şəhərində hiss olunub.