İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Bəhrəmtəpə kənd sakini Əzizağa Əliyev yaşayış evinin həyətində qonaqların iştirakı ilə öz nəvəsinə toy məclisi təşkil etdiyi müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib.
Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 3 nəfər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.