13 Aprel 2021 12:53
2 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid İnqilab oğlu Hüseynov dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, o, bu gün koronavirusdan müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, Rəşid Hüseynov bir müddət əvvəl koronavirusa yoluxubmuş.

Rəşid Hüseynov uzun müddət prokurorluq orqanlarında çalışıb.

2008-ci ildən isə hakimlik fəaliyyəti ilə məşğul olub.

Rəşid Hüseynov 2008-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi, 2011-2013-cü illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.

Rəşid Hüseynov 2013-cü ildən Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışırdı.

Xatırladaq ki, Rəşid Hüseynov 1986-1992-ci illərdə Ağdam rayon Hüquq Məsləhətxanasında vəkili, 1992-1996-ci illərdə Qarabağ Qarnizonu Hərbi Prokurorluğunda müstəntiqi, böyük müstəntiqi, 1996-1999-cu illərdə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsində böyük müstəntiqi, 1999-2008-ci illərdə isə Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, böyük prokuror-metodist vəzifələrində işləyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər