28 Aprel 2021 10:55
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Giləzi qəsəbə sakini Mehrab Əlyarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 0,107 qram çəkidə narkotik maddə olan heroin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq M.Əlyarovun yaşadığı evə keçirilmiş axtarış zamanı isə oradan bir ədəd AKS markalı avtomat, 19 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb.

Faktla bağlı Xızı rayon polis şöbəsində cinayət işi açılıb.

İstintaq hərəkətləri davam etdirilir.

Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər