Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş rayon sakini saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Daxil olan məlumat əsasında Zərdab rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakini Gülsabah Rəsulova rayon ərazisində saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman sellofan torbada olan 485 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Zərdab rayon polis şöbəsində araşdırmalar davam etdirilir.