Mayın 16-da və 17-də polis əməkdaşları tərəfindən paytaxtın Binəqədi və Yasamal rayonları ərazisində ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstələri olan 2 nəfər ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evlərinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.