Kür çayının Salyan rayonu, Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızı batıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Qeyd olunub ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.