23 İyun 2021 12:49
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərdəkan şossesi Mərdəkan qəsəbəsi istiqamətində yol kənarından yanğın baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Teleqraf.com-a bildirilib ki, yaranan tüstü yolda görüntünün məhdudlaşmasına səbəb olub.

Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bunu nəzərə alaraq Qala döngəsi Mərdəkan hissəsində sürətlər bütün zolaqlar üzrə 60 km/saata endirilib.


Müəllif: Teleqraf.com