1 Avqust 08:44

Sabirabad rayonunun Əliləmbəyli kəndində ümumi sahəsi 144 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, 4 otaqlı evin bir otağının yanar konstruksiyaları və dam örtüyü 20 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com