Ucar sakini kanalda çimərkən boğularaq ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Rəstəcə kəndində baş verib.
Rəstəcə kənd sakini, 48 yaşlı Yadigar Vahid oğlu Abbasov dostları ilə Qazyan kanalında çimərkən boğulub. Onun meyiti sakinlərin köməkliyi ilə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.