Bakı şəhərində restoranda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, Nərimanov rayonunda ümumi sahəsi 658 m² olan restoran kimi fəaliyyət göstərən ikimərtəbəli tikilinin birinci mərtəbəsində yerləşən mətbəxdə 4 ədəd soyuducu qismən yanıb. Tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.