Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “Mərdəkan", “Corat”, “Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində və 1 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən 5 nəfər batma təhlükəsi ilə üzləşib.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, həmin şəxslər nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 5 nəfər xilas olunub.