27 Sentyabr 2021 14:57
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakinləri Taleh Osmanlı, Rəsul Hüseynov və Eldar Məmmədov saxlanılıblar.

Onların üzərinə keçirilən baxış zamanı psixotrop maddə - metamfetamin, heroin və marixuana aşkar edilib.

Faktlarla bağlı Şirvan şəhər polis şöbəsində araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov