İyunun 27-də Nuranə İsbəndarovanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə Teleqraf.com-a Salyan rayon Prokurorluğundan bildirilib.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin əri Ənvər İsbəndarov qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Nuranə İsbəndərovanı qəsdən öldürüb.
Ənvər İsbəndarov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra əvəzinə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin psixiatrik stasionara yerləşdirilməsi təhlükəsizlik tədbiri tətbiq edilib.
Oktyabrın 20-də cinayəti törədən zaman və hazırda anlaqsız vəziyyətdə olan Ənvər İsbəndarov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.
Oktyabrın 30-da cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, Ənvər İsbəndarovun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün Lənkənran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.