20 Noyabr 2014 13:45
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının mövcud kursundan narazılar yeni partiya yaratmaq niyyətlərini ifadə ediblər. Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy narazıların yeni partiya yaratmaq məsələsini müzakirə etdiyini, qərarın gələn həftə açıqlanacağını bildirib.

Müsavat başqanının müavini Gülağa Aslanlı Teleqraf.com-a bildirib ki, siyasi birliklər təsis etmək vətəndaşların konstitusion hüququdur: "Müsavat Partiyasından istefa verənlər daha öncə də partiyalar yaradıblar. Bunun Müsavat Partiyasına heç bir zərəri ola bilməz. Amma hər kəs bilir ki, Azərbaycanda Rəsulzadə-Elçibəy ideyalarına sadiq qalan yeganə partiya məhz Müsavat Partiyasıdır".

Ayxan


Müəllif:

Oxşar xəbərlər