BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlının bələdiyyəyə namizədliyi təsdiq edilib.
Bununla bağlı Teleqraf.com-a məlumat verən BAXCP sədrinin müavini bildirib ki, bu gün 45 saylı Abşeron Dairə Seçki Komisiyasından məlumat veriblər:
"Seçki məcəlləsinin tələb etdiyi bütün sənədləri təqdim etmişdim. Qanunda nəzərdə tutulan imzalar da toplanılmışdı. Artıq bu gün namizədliyimin təsdiq edilməsi ilə bağlı DSK-dan məlumat veriblər. Təbliğat-təşviqat kampaniyasının başlanmasını gözləyəcəm. Namizədliyimin irəli sürdüyü dövrdə heç bir maneə və təzyiqlə rastlaşmadım. BAXCP-nin irəli sürdüyü namizədlərin heç birində də bu hal qeydə alınmayıb".
N.Orduxanlı deyib ki, bu onun bələdiyyə seçkilərində dördüncü iştirakıdır: "Bu sahədə geniş təcrübəm var. İndiyə kimi 3 dəfə yaşadığım Abşeron rayonunun Mehdiabad qəsəbəsinin bələdiyyə seçkilərində iştirak etmişəm və hər üçündə də qalıb gəlmişəm. Mehdibad qəsəbəsinin 6000 seçicisi, 20000-dən artıq əhalisi var".
Mehdiabad bələdiyyəsində namizədlərin irəli sürülməsində aktivliyin olduğunu bildirən sədr müavini deyib ki, Mehdiabad bələdiyyəsinə seçiləcək üzvülərin sayı 13 nəfər olacaq:"Bu dəfə də namizədliyini irəli sürən şəxslər çoxdur. YAP və müxtəlif partiyaların namizədləri ilə yanaşı, bitərəf şəxslər də namizədliyini irəli sürüb. Əsas mübarizəm YAP-ın namizədləri ilə olacaq və rəqiblərim onlardır".
BƏXTİYAR