12 Fevral 2022 10:08
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il fevral ayının 23-də Ağcabədi rayon polis şöbəsinə rayon sakini, 1962-ci il təvəllüdlü Fəxrəndə İbrahimovanın yaşadığı evdə pilləkəndən düşərkən yıxılaraq ölməsi barədə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyindən bildirilib.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində qadının həmin gün saat 1 radələrində Yevlax rayon sakini Seymur Cəfərov tərəfindən boğularaq öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə S.Cəfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ağcabədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Əfsanə Cəfərova 1 fevral 2022-ci ildə “ARB” televiziya kanalının “Səni axtarıram” adlı verilişində qaynanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olduğunu bildirib.

Bundan sonra cinayət işi nəzarətə götürülüb.

Məlum olub ki, qətli Əfsanə Cəfərovanın ərinin əmisi oğlu Seymur Cəfərov tərəfindən törədilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər