30 Mart 2022 22:58
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar rəssam Rəşad Ələkbərov həbsdən azad edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə R.Ələkbərovun vəkili Adəm Məmmədov bildirib. "Əməkdar rəssam Rəşad Ələkbərovun həbsdən azad olunması ilə bağlı tərəfimizdən verilmiş vəsatət təmin edildi", - o qeyd edib.

17:35

Azərbaycanın Əməkdar rəssamı həbs edilib.

Bu barədə vəkil Adəm Məmmədov məlumat verib.

O bildirib ki, Ələkbərov Rəşad Böyükağa oğlu prokuroluq əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Ələkbərov Azərbaycanın Əməkdar rəssamıdır. Onun əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər