“Batumi Forumu bir daha təsdiq etdi ki, xarici təşkilatların təsir altında olan bəzi QHT sədrləri və Xədicə İsmayıl üçün Azərbaycanın milli maraqları, ermənilərin düşmən olmasının heç bir önəmi yoxdur”.
Bu acıqlama ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı sosial şəbəkədə çıxış edib. Onun sözlərinə görə, bu adamlar həmin beynəlxalq təşkilatların nəzarətində olan və onların maraqlarını qoruyan, satılmış Azərbaycan vətəndaşlarıdır:
“Satqınların vətəni, milləti, dövləti olmur. Onlar üçün , vətən, millət, dövlət anlayışı yoxdur. 5-10 min qranta görə, bədbəxt uşağı erməniyə də dayı deyir. Utanın! Yerə girin! Uzun illərdi QHT sahəsində çalışan Vüqar Bayramov mətbuatda da deyib ki, "People İn Need" Dağlıq Qarabağ ermənilərinin forumda iştirakına nümayəndə kimi qatılmasının tərəfdarı olan bir qurumdur. İdarə heyətinin yığıncaqlarında da onlar bunu dəfələrlə vurğulayıblar.
İdarə heyətinin yığıncaqları barədə məlumat əldə etmək istəyənlər bizim forumun internet səhifəsinə daxil ola bilərlər. İkinci nüans isə "People İn Need"in rəhbərinin Dağlıq Qarabağa qanunsuz səfərləridir. O, özü də bunu dəfələrlə vurğulayıb. Rəsmi Azərbaycanın razılığı olmadan işğal altında olan ərazilərimizə səfər edən bu insanın qondarma rejimə simpatiyasını isə danmaq olmaz.
Yəni bu iki fakta söykənərək oxucular qərar verə bilər ki, bu təşkilat ermənipərəstdir, ya yox. Bayramovun bu acıqlamasından sonra da Azərbaycanın milli maraqlarını qoruyan insanları təhqir edirlər. Leyla Yunus kimi satqınların müdafiəçiləri bundan artıq olmaz!”