Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsində bir nəfər intihara cəhd edib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayonu ərazisində şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilən 1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu özünü bölmənin ikinci mərtəbəsindən yerə atıb.
Təbriz Abbasov ağır bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Bildirilib ki, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsində özünə xəsarət yetirən şəxs narkotik aludəçisidir, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir: “O qaçmağa cəhd göstərərkən yıxılaraq xəsarət alıb. Müvafiq xəstəxanaya yerləşdirilib. Müalicəsi davam etdirilir”.
Faktla bağlı araşdırma aparılır.