Abşeron rayonunda 35 evdən oğurluq edən və narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.
Teleqraf.com xəbər verir ki, Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yaşayan bir nəfər Abşeron rayon Polis İdarəsinə müraciət edərək evdə olmadığı müddətdə mənzildən 5200 manat dəyərində televizor, həmçinin qızıl-zinət əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.
Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin ərazidə yaşayan daha 4 sakinin ərizəsi polis idarəsində qeydiyyata alınıb.
Onlar da evlərindən məişət və digər əşyaların oğurlandığını bildiriblər.
Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib.
Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Nurlan Musazadə, İntiqam İbrahimov, Elməddin Qədirli və Ramil Mahmudov saxlanılıblar.
Araşdırmalar zamanı dəstə üzvlərinin Abşeron rayonunda müxtəlif vaxtlarda 35 evdən oğurluq etdikləri müəyyən edilib.
Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı da əməliyyatlar həyata keçirilib.
Tədbirlər zamanı narkotiklərin satışı ilə məşğul 6 nəfər tutulub.
Saxlanılanlardan ikisi Abşeron rayonu ərazisində narkotik vasitələrin satışını həyata keçirən, qalan 4 nəfəri isə onlar üçün narkokuryerlik edənlər şəxslər olublar.
Onlardan külli miqdarda heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub.
Qeyd edilən bütün faktlarla əlaqədar cinayət işləri başlanılıb.
Araşdırımalar davam etdirilir.