24 May 2022 11:15
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 23-də Şərur rayonunun Xanlıqlar kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, kənd sakini K.Həsənov idarə etdiyi “QAZ-33021” markalı avtomobillə yolun kənarı ilə gedən həmkəndlisi Adil Cəlilovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şərur rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov