Şəkidə 57 yaşlı kişi körpüdən yıxılıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf com-a verilən məlumata görə, “112" qaynar telefon xəttinə Şəki şəhəri, M.F.Axundov prospektində bir nəfərin çayda batma təhlükəsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Səlimov Adil Əmirəhməd oğlu hündürlüyü təxminən 3 metr olan körpüdən çay dərəsinə yıxılıb müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, təhlükəli vəziyyətə düşüb.
Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələri ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.