AXCP-dən Müsavat Partiyasına qarşı yeni ittiham irəli sürüb.
AXCP üzvləri bu dəfə Müsavat Partiyasının Divan üzvü İkram İsrafili hədəfə alıb. Buna səbəb isə Müsavatın bir neçə gün əvvəl bəyanat verərək guya İkram İsrafilin oğlu İsrail İsrafilə təzyiqlərin olmasını iddia etməsidir.
Araşdırma zamanı bəlli olub ki, bəyanat verilməzdən əvvəl İsrail İsrafil artıq Böyük Britaniyada məskunlaşıb. İndi AXCP üzvləri iddia edirlər ki, Müsavat Partiyasının bəyanatı yalan bəyanatdır və əsas məqsəd İkram İsrafilin oğlunun İngiltərədə məskunlaşmasını təmin etməkdir.
Hələlik İkram İsrafil AXCP tərəfindən irəli sürülən iddialara cavab verməyib. Ancaq görünən budur ki, ittihamlar davam edəcək.