5 Sentyabr 2022 12:02
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin may-iyun aylarında "Tərtər işi" ilə bağlı işgəncələr nəticəsində ölən şəxslərdən birinin meyiti ekshumasiya edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin bu gün yaydığı məlumatda bildirilib.

Əvvəlki istintaq zamanı işgəncələr nəticəsində ölməsi müəyyən edilən şəxslərdən əlavə Təmkin Nizamioğlunun da işgəncələrə məruz qalması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə sübutlar əldə edildiyindən, onun meyiti ekshumasiya olunub və keçirilən məhkəmə-tibbi ekspertizasının rəyi ilə də bu hal təsdiq olunub.

Cinayət-prosessual qanunvericiliyə uyğun olaraq qeyd edilən şəxsin yaxın qohumunun zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması təmin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər