Bakının Xəzər rayonunda baş verən cinayətlərin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə Şüvəlan qəsəbəsi ərazisindəki bir fermadan 8500 manat dəyərində arpa və 200 ədəd dibçəyin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Cavid Məmmədov və İrşad Musalı müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.