Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi seçilib.
Bu barədə YAP-ın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qərar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının Yunanıstanın paytaxtı Afinada keçirilən 44-cü iclasında qəbul olunub.
Səsvermədə müxtəlif ölkədən olan 57 deputat iştirak edib, deputatlardan 47-i A.Hacıyevə, 10-u isə ukraynalı namizəd, indiyə qədər baş katib olmuş Kirill Tretyaka səs verib. A.Hacıyev deyib ki, 3 il bu vəzifəni icra edəcək və baş katiblik İstanbulda yerləşdiyi üçün vəzifəsinin icrası ilə əlaqədar ora köçməli olacaq.
Qeyd edək ki, A.Hacıyev QDİƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Səxavət