Bakının Nizami rayonunda avtobus mağazanın divarına çırpılıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Teleqraf.com verilən məlumata görə, buna səbəb əyləc sistemində yaranan nasazlıqdır.
“BMC” markalı avtobus "Bakubus MMC"nin istismarındadır və 30 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edirmiş.
Avtobusa və mağazaya ziyan dəysə də, heç bir xəsarət halı qeydə alınmayıb.
BNA hadisə ilə bağlı araşdırma aparır, MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb.
Hadisə C.Naxçivanski küçəsində qeydə alınıb.