5 Noyabr 2022 10:15
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Salyan rayonunda kəndlərin birində 42 yaşlı N.N tərəfindən azyaşlının qısnamaya məruz qalması və polisin etinasızlığı ilə bağlı iddialar yayılıb.

Teleqraf.com-un xəbərinə görə, iddialarla əlaqəli Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan polis kapitanı Nizam Həmidov bildirib ki, rayon sakini Ə.Q oktyabrın 30-da Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək 13 yaşlı qızının məktəbdən qayıdan zaman naməlum şəxs tərəfindən qarşısının kəsilməsi və narahat edilməsi barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar Salyan rayon polis şöbəsində araşdırma aparılıb.

Keçirilən tədbirlər nəticəsində yeniyetməni narahat edənin rayonun Kərimbəyli kənd sakini, ruhu əsəb xəstəsi olan Mahir Həsənov olması müəyyən edilib.

Sonradan azyaşlının valideyni həmin şəxsi tanıdığından və əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiyindən şikayət və tələbinin olmadığını bildirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər