Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunn 19 yaşlı Elgün Ocaqverdiyev tutulub.
Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb.
Araşdırmalar davam etdirilir.