22 Noyabr 2022 10:33
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocavənd rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisinə müəyyən edilmiş marşurutdan kənar, qanunsuz yollarla daxil olan şəxslər saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Xocavənd rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə Füzuli rayon sakini Xanlar Hüseynov və Beyləqan rayon sakini Arzuman Qabilov Böyük Tağlar kəndində atla hərəkət edərkən saxlanılıblar.

Yoxlama zamanı həmin şəxslərin müvafiq icazələrinin olmadığı və nəzarət-buraxılış məntəqələrindən kənar yollarla rayon ərazisinə daxil olduqları müəyyən edilib.

Faktla bağlı Xocavənd rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər