3 Dekabr 2022 12:46
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi avtomobildə narkotik vasitə və güclü təsir edən maddə aşkar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə DGK-dan məlumat verilib.
Bildirib ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun idxal nəzarət xəttinə daxil olan, İrandan Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyəyə şüşə yükü aparan 33AJN254/33ANC530 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi risk meyarı əsasında yoxlanılıb.

Yoxlama zamanı yük nəqliyyat vasitəsindən şəffaf sellofana bükülmüş, kəskin iyli, tünd qəhvəyi rəngli, ümumi təmiz çəkisi 7,369 qram narkotik vasitə-həşiş qətranı, həmçinin kabində idman çantasının içərisində 11 həb “Tramadol” dərman preparatı aşkarlanıb.

Sonra yük nəqliyyat vasitəsinin sürücüsünün üzərində şəxsi yoxlama həyata keçirilib. Sürücünün əynindəki şalvarın sağ cibində olan siqaret qutusunun içərisində isə gömrük nəzarətindən gizlədilmiş iki ədəd sellofan paketdə, ümumi təmiz çəkisi 17,393 qram narkotik vasitə - marixuana aşkar olunub.

Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər