Fevralın 18- də saat 21 radələrində Cəlilabad rayonu ərazisində rayon sakini 2003-cü il təvəllüdlü Kənan İsmayılova bıçaq xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Araşdırmalarla cinayət əməlini 2000-ci il təvəllüdlü Əkbər Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
K.İsmayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Polis əməkdaşları tərəfindən Ə.Quliyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.